Türkiyenin terrorla mübarizəsi davam edir

Türkiyenin Van vilayətinin Özalp rayonu ərazisində keçirilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.

2031723
Türkiyenin terrorla mübarizəsi davam edir

Separatçı terror təşkilatı PKK-nın hücum və təxribat məqsədilə təlim keçdiyi "Rezan Botan" kod adlı Rezan Güngen İraqın Süleymaniyyə çölündə keçirilən əməliyyatla zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyeyə qarşı əməliyyat həyata keçirmə ehtimalı olan terrorçular arasında olan və sui-qəsd və təxribat təlimləri təşkilat tərəfindən verilən terrorçu Güngenin İraqın Süleymaniyyə bölgəsində olduğu məlumatını əldə edib. .

Separatçı terror təşkilatı PKK tərəfindən Türkiyenin təsiri altında olmadığı düşünülən Süleymaniyyə şəhəri çölündə vəzifələndirilən terrorçu Güngenin fəaliyyətini deşifrə edən MİT, PKK-nın xüsusi hərəkətlərdə istifadə etmək üçün hücum/təxribat təlimləri keçdiyi terrorçu Güngeni həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib. 

Keçmişdə təşkilatda fəaliyyvt göstərən yaxın qohumları "Murat Botan" kod adlı Behlül Güngen və "Ruken Botan" kod adlı Gülər ​​Güngen də zərərsizləşdirilən terrorçu Rezan Güngenin ətrafındakı təşkilat tərəfdarlarının istiqamətləndirməsilə İraqdakı Mahmur düşərgəsinə getdiyi, təşkilatın gənclik təşkilatlanmasının daxilində olduğu və təşkilati işlərdə iştirak etdiyi müəyyən edilib.

Digər tərəfdən, Türkiyenin Van vilayətinin Özalp rayonu ərazisində keçirilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.

Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından etdiyi paylaşıma görə, Polis İdarəsinin Özalp rayonu ərazisində apardığı kəşfiyyat işi nəticəsində Van Jandarma Asayiş Kolordu Komandanlığı və Van Polis Şöbəsinin rəhbərliyi altında "Şşəhid baş leytenant Harun Parlak" əməliyyatı həyata keçirilib. 

J-SİHA və PİHA-nın dəstək verdiyi, jandarma xüsusi təyinatlıları və komandoları ilə xüsusi təyinatlı polislərin iştirakı ilə keçirilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr