“Millətimizlə birlikdə hədəflərimizə doğru addım-addım irəliləyəcəyik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən "30 Avqust Zəfər Günü Xüsusi Konserti və 100-cü Yubiley Marşı Təqdimatı"nda çıxış edib.

2031082
“Millətimizlə birlikdə hədəflərimizə doğru addım-addım irəliləyəcəyik", R.T.Ərdoğan
30 Ağustos Zafer Bayramı Külliye.jpg

“Millətimizlə birlikdə hədəflərimizə doğru addım-addım irəliləyəcəyik".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən "30 Avqust Zəfər Günü Xüsusi Konserti və 100-cü Yubiley Himni Təqdimatı"nda etdiyi çıxışda deyib.

Dövlət başçısı  çıxışında deyib ki, bölgəsindəki problemlərin həllində ünvan olan, təhlükəsizliyi və rifahı üçün təhdidləri aradan qaldıran, gücünü dostları ilə paylaşan Türkiyenin yüksəlişi davam edəcək. Hazırda Türkiye Cümhuriyyəti siyasi, iqtisadi və hərbi imkanları ilə dörddə bir əsr, yarım əsr və ya bir əsr əvvəl olduğundan daha güclü və daha irəlidədir. 
Dünyanı oxuyan, Türkiyenin real potensialını bilən, sahib olduqlarının əhəmiyyətini dərk edən millətimizlə hədəflərimizə doğru addım-addım irəliləyəcəyik”.

Digər tərəfdən, prezident Ərdoğan proqramda Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi 100-cü il himni müsabiqəsində qalib gələnlərə və münsiflər heyətinin xüsusi mükafatına layiq görülən əsərlərin sahiblərinə mükafatlarını təqdim edib.

Mətni İlker Kömürcüyə, bəstəsi Prezident Simfonik Orkestrinə məxsus olan əsər birinci yerə layiq görülüb.

Tədbir çərçivəsində 1200 pilotsuz uçuş aparatı ilə “30 Avqust Zəfər Bayramı” və “Türkiye əsri” mətnləri, ilə “Türkiye xəritəsi”, “Türkiye bayrağı”, “Cümhuriyyətin 100-cü il loqosu” səmaya proyeksiya edilib.



Әlaqәli Xәbәrlәr