Hakan Fidan Sergey Lavrovla görüşüb

Xarici işlər naziri Hakan Fidan Rusiyanın paytaxtı Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

2031566
Hakan Fidan Sergey Lavrovla görüşüb

Xarici işlər naziri Hakan Fidan Rusiyanın paytaxtı Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Fidan "Taxıl sazişi" məsələsinə toxunaraq, "Ölkəmizin köməyi ilə Birləşmiş Millətlər Təşkilatı yeni bir təklif paketi hazırladı. Düşünürük ki, bu, təşəbbüsün canlanması üçün münasib əsas təşkil edir.

"Taxıl sazişi" ilə bağlı işimiz davam edəcək, bu saziş həm dünyanın ərzaq təhlükəsizliyi, həm də Qara dənizin sabitliyi və sülhü baxımından son dərəcə əhəmiyyətlidir” deyib. 

H.Fidan təmasları çərçivəsində sabah Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcəyini də bildirib.

Lavrov da Qərbin Rusiya taxılının ixracı ilə bağlı verdiyi sözə əməl etmədiyini də bildirərək, “Birləşmiş Millətlər Təşkilatı ilə paket sazişindəki şərtlərimiz yerinə yetirildikdə, taxıl sazişinə qayıdacağıq. Qərb dövlətlərinin şübhəli cəhdlərinə baxmayaraq, biz Türkiyenin xarici siyasətini yüksək qiymətləndiririk” deyib.



Әlaqәli Xәbәrlәr