Rәcәb Tayyib Әrdoğan 30 avqust Zәfәr Bayramı münasibәtilә Anıtqәbiri ziyarәt edib

30 Avqust Zəfər Bayramının 101-ci ildönümü ölkənin hər yerində və xaricdəki nümayəndəliklərdə qeyd olunur.

2030905
Rәcәb Tayyib Әrdoğan 30 avqust Zәfәr Bayramı münasibәtilә Anıtqәbiri ziyarәt edib
erdogan anitkabir1.jpg
erdogan anitkabir.jpg

30 Avqust Zəfər Bayramının 101-ci ildönümü ölkənin hər yerində və xaricdəki nümayəndəliklərdə qeyd olunur.

Bayram tədbirləri çərçivəsində ilk mərasim Ulu Öndər Mustafa Kamal Atatürkün mavzoleyinin yerləşdiyi Anıtqəbirdə keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki dövlət rəsmiləri 30 Avqust Zəfər Bayramı münasibətilə Anıtqəbiri ziyarət ediblər.

Rəcəb Tayyib Ərdoğan Atatürkün məqbərəsi önünə əklil qoyub. Mustafa Kamal Paşa, qazilər və şəhidlər bir dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı oxunub.

R.T.Ərdoğan burada Anıtqəbir Xatirə Dəftərinə ürək sözlərini yazıb:

"Hörmətli Atatürk, şanlı tariximizin ən mühüm dönüş nöqtələrindən biri olan böyük qələbənin 101-ci ildönümündə silahdaşlarınızı, hörmətli Böyük Millət Məclisinin üzvlərini və şəhidlərimizi rəhmətlə yad edirik. ''Türkiye Yüz İli''ni xalqımızla böyük əzm və qətiyyətlə həyata keçiririk''.



Әlaqәli Xәbәrlәr