Rəcəb Tayyib Ərdoğan:''Biz Anadoluya Malazgirt zəfəri ilə ayaq basmadıq''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Muş şәhәrindә Malazgirt zəfərinin 952-ci ildönümü münasibәtilә tәşkil edilәn mәrasimdә çıxış edib.

2029462

Rәcәb Tayyib Әrdoğan qəhrəman şəhidlərin, qazilərin sayəsində Anadolu torpaqlarının türklər üçün vətənə çevrildiyini bildirib.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, Sultan Alparslanın və ordusundakı hər bir əsgərin bizə əmanət etdiyi bu torpağı qanımızın son damlasına qədər müdafiə etmək əzmindəyik.

Malazgirtin adi bir zəfər olmadığını bildirən Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: “Biz Anadoluya Malazgirt zəfəri ilə ayaq basmadıq. Çox əvvəldən burada yaşayırdıq. Lakin bu zəfər Anadoluda siyasi hökmranlığımızın qapılarını açdı, Səlcuqlu dövlətinin qurulmasını təmin edərək Səlib yürüşlərinə böyük zərbə vurdu. Bunun ardından eyni inancla, Osmanlının uğurlu mübarizəsi ilə Balkanlar və İstanbulun fəthinə nail olundu. Bizi Vyana qapılarına aparan qələbələr silsiləsinin sıfır nöqtəsi də burdan başlayıb''.

Әlaqәli Xәbәrlәr