Türkiyenin XİN rəhbəri Hakan Fidan İKRR-nin Baş naziri Məsrur Bərzani ilə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan İraqa etdiyi səfər çərçivədə İraq Kürd Regional Rəhbərliyinin (İKRR) başçısı Neçirvan Bərzani və İKRR-nin baş naziri Məsrur ​​Bərzani ilə görüşüb.

2028794

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Hakan Fidan terrorla mübarizədə əməkdaşlığı vurğuladı.

Nazir Fidan deyib: “Terror bəlasından xilas olmaq üçün hələ çox iş görməliyik.Türkiyedə bu məsələni demək olar ki, həll etmişik. PKK terrorçuları hələ İraq torpaqlarında mövcudluğunu qorumaqdadır. Ümid edirəm ki, birlikdə bu virusu İraqdan təmizləyəcəyik”.

İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani isə öz növbəsində deyib: ''Ümid edirəm ki, bölgədə hər cür terrorla mübarizə aparmaq üçün Türkiye ilə əməkdaşlığımız davam edəcək”.

Nazir H.Fidan 22-24 avqust tarixləri arasında Bağdada etdiyi səfərin ilk günündə İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

Qeyd edə ki, Hakan Fidan avqustun 23-də İraq prezidenti Əbdüllətif Rəşit və İraqın Baş naziri Məhəmməd Şiya es-Sudani, İraq parlamentinin sədri Məhəmməd Halbusi, Malayziya xarici işlər naziri Zambri Əbdül Kadir, İraq Türkmən Cəbhəsi (İTC) liderləri və İraq Türkmən icmasının liderləri, İraq Suverenlik Alyansının lideri Hamis Hançer, Fəth Alyansının lideri Hadi Amiri, Milli Hikmət Cərəyanının lideri Əmmar əl-Həkim və əvvəlki baş nazirlərdən və Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki ilə görüşüb.

Әlaqәli Xәbәrlәr