Hakan Fidan: ‘‘İraqın PKK-nı rәsmi olaraq terror tәşkilatı kimi tanımasını gözlәyirik’’

Xarici işlər naziri Hakan Fidan Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

2027945
Hakan Fidan: ‘‘İraqın PKK-nı rәsmi olaraq terror tәşkilatı kimi tanımasını gözlәyirik’’

Türkiyenin xarici işlər naziri Hakan Fidan deyib: ''İraqla ortaq düşmənimiz olan PKK terror təşkilatının ikitərəfli əlaqələrimizә xәlәl gәtirmәsinә imkan vermәmәliyik. Biz İraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını gözləyirik".

Xarici işlər naziri Hakan Fidan Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

''İraqda bizim çox dəyərli dostlarımız var.İraqın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq bizim prioritetlərimizdən biridir. Biz bundan sonra da bu yanaşmanı diqqətlə qoruyacağıq. İraqı strateji hədəflərimizi birlikdə həyata keçirə biləcəyimiz tərəfdaş kimi görürük” – deyə Hakan Fidan bildirib.

İnkişaf Yolu Layihəsinә dә toxunan Hakan Fidan deyib: ‘‘Biz bu layihәni güclü şəkildə dəstəkləyirik. Bu strateji addımın İraqı bölgənin nəqliyyat mərkəzinə çevirəcəyini düşünürük. Bu səbəbdən biz bütün region ölkələrini bu layihəni dəstəkləməyə çağırırıq''.

 



Әlaqәli Xәbәrlәr