Danimarkanın Türkiyədəki diplomatı 4-cü dəfə XİN-ə çağırılıb

Xatırladaq ki, bundan əvvəl Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili avqustun 18, 21 və 22-də Xarici İşlər Nazirliyinə çağırılmışdı

2028388
Danimarkanın Türkiyədəki diplomatı 4-cü dəfə XİN-ə çağırılıb

 

  Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimin yandırılması aksiyaları davam etdiyi üçün Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili yenidən Xarici İşlər Nazirliyinə çağırılıb.

  Türkiyənin Danimarkadakı və bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etdiyi üçün Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili dördüncü dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

  Xatırladaq ki, bundan əvvəl Danimarkanın Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili avqustun 18, 21 və 22-də Xarici İşlər Nazirliyinə çağırılmışdı.



Әlaqәli Xәbәrlәr