Türkiyə Pakistana başsağlığı verib

Xarici İşlər Nazirliyi Pakistanda qatar qəzasında həyatını itirənlərlə bağlı bu ölkəyə başsağlığı verib.

2020869
Türkiyə Pakistana başsağlığı verib

Xarici İşlər Nazirliyi Pakistanda qatar qəzasında həyatını itirənlərlə bağlı bu ölkəyə başsağlığı verib. 
Mesajda deyilib: “Bu gün Pakistanda Karaçi-Ravalpindi səfərini edən sərnişin qatarının relsdən çıxması nəticəsində baş verən qəzada çox sayda insanın həyatını itirdiyini dərin hüznlə öyrəndik. Bu faciəvi qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, başda yaxınları olmaqla dost və qardaş Pakistan xalqına və hökumətinə, başsağlığı verir, yaralıların tezliklə sağalmalarını diləyirik".

Qeyd edək ki, Pakistanın cənubunda baş verən qatar qəzası nəticəsində həlak olanların sayı 30-a, xəsarət alanların sayı isə 90 nəfərə çatıb.

Polis xilasetmə əməliyyatının başa çatdığını elan edərək, ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu qeyd edib.

Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın texniki nasazlıq və ya təxribat nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr