Türkiyə İsveçi R.T.Ərdoğanı hədəf alan təxribatlarla bağlı qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...

2020735
Türkiyə İsveçi R.T.Ərdoğanı hədəf alan təxribatlarla bağlı qınadı

 

  Türkiyə İsveçin paytaxtı Stokholmda separatçı terror təşkilatı PKK tərəfdarlarının prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribatlara yol verilməsini şiddətlə qınayıb.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “5 avqustda Stokholmda keçirilən tədbirdə PKK-ya bağlı bir qrupun terror təşkilatının simvolları ilə təbliğat aparmasına və prezidentimizə qarşı çirkin hərəkətlər etməsinə icazə verilməsini bir daha qınayırıq.

  Terror təşkilatı PKK və ona bağlı qrupların əməllərinin qarşısının alınması ilə bağlı İsveç hökumətinin üzərinə götürdüyü öhdəlikləri xatırladırıq”.



Әlaqәli Xәbәrlәr