Kapadokyaya gələn turistlərin sayı iki milyonu keçib

Türkiyenin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokiya bölgəsindəki muzey və xarabalıqları ilin 7 ayında 2 milyondan çox turist ziyarət edib.

2020553
Kapadokyaya gələn turistlərin sayı iki milyonu keçib
kapadokya-balon.jpg
kapadokya.jpg

Türkiyenin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokiya bölgəsindəki muzey və xarabalıqları ilin 7 ayında 2 milyondan çox turist ziyarət edib.
Nevşehir Valiliyindən verilən açıqlamaya görə, yerli və xarici turistlər UNESCO-nun Dünya İrs Siyahısında yer alan Kapadokyadakı muzey və xarabalıqlara böyük maraq göstərib.
Tarixi, təbii və mədəni zənginliyi ilə diqqət çəkən Kapadokiyanı yanvar-iyul ayları arasında 2 milyon 356 min 49 turist ziyarət edib.
Turistlər Göreme Açıq Hava Muzeyi, Zelve xarabalıqları və  Kaymaklı yeraltı şəhərinə böyük maraq göstərib.
Bölgədəki muzey və xarabalıqları ötən ilin eyni dövründə 1 milyon 892 min 112, 2021-ci ilin eyni dövründə isə 854 min 449 yerli və xarici turist ziyarət etmişdi.



Әlaqәli Xәbәrlәr