Türkiyedə neft hasilatı rekord səviyyəyə çatıb

Bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

2020412
Türkiyedə neft hasilatı rekord səviyyəyə çatıb

Türkiyədə ölkədaxili neft hasilatı rekord səviyyəyə çatıb.

Bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda bu ifadələrə yer verilib: "Yeni Quyular, Yeni Rekordlar! ''Şəhid Esma Çevik" və "Şəhid Aybüke Yalçın" yataqlarında qazılan yeni quyularla Şırnak Qabar ərazisində gündəlik 16 min 188 barel neft hasilatı əldə edilib. 75 min 52 barel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekorduna imza atılıb. Enerji sahəsində müstəqil Türkiye hədəfinə doğru əmin addımlarla irəliləyirik''.



Әlaqәli Xәbәrlәr