Ərdoğan bütün dünyanı yaxın zamanda Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətini tanımağa çağırıb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasından bütün dünyaya tarixi çağırışını təkrarlayıb və "KKTC"-ni mümkün qədər tez tanıyın" deyib.

2014176
Ərdoğan bütün dünyanı yaxın zamanda Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətini tanımağa çağırıb
erdogan kktc1.jpg
erdogan kktc.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasından bütün dünyaya tarixi çağırışını təkrarlayıb və "KKTC"-ni mümkün qədər tez tanıyın" deyib.

Ərdoğan paytaxt Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar ilə birlikdə iştirak etdiyi Lefkoşada keçirilən 20 İyul Sülh və Azadlıq Bayramının rəsmi mərasimində çıxışında 1963-1974-cü illər dövrünün təəssüf ki, Kıbrıs türkləri üçün qan, göz yaşı və qırğınlar demək olduğunu, lakin Türk millətinin zalimlərv heç vaxt baş eymədiyini söyləyib.

Ərdoğan Türkiyenin Qarantiya müqaviləsinə əsaslanan hüquq və öhdəlikləri çərçivəsində qəhrəman Mehmetciklərin adaya daxil olduğu ​​20 iyul 1974-cü il tarixinin Kıbrıs türklərinin heç vaxt tək olmadığını, türk millətinin heç vaxt tabe ola bilməyəcəyini dünyaya bir daha göstərdiyini dilə gətirib. 

“20 İyul Kıbrıs türk xalqının sülh və əmin-amanlıq həsrətinə uyğun olaraq, suveren hüquqlarının və bərabər statusunun qorunub saxlanmasının simvoludur”, - deyə Ərdoğan bildirib.

Kıbrıs Rum rəhbərliyinin törətdikləri vəhşilikləri və qətliamları bütün dünyadan gizlətməyə çalışdığını bildirən Ərdoğan deyib:

"Ancaq nə etsələr də, buna nail ola bilməyəcəklər. Biz bu torpaqlarda törədilən qırğınları nə unudacağıq, nə də insanlara unutduracağıq. Dünyanın da unutdurmasına imkan verməyəcəyik". 

Kıbrıs türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu qeydə alınmadığı müddətcə yeni danışıqlar prosesinin başlanmasından söhbət gedə bilməyəcəyini qeyd edən dövlət başçısı deyib:

"Şərtlər nə olursa olsun, Kıbrıs türklərinin bərabər suverenliyini və bərabər beynəlxalq statusunu təsdiq etmək səylərimizdən geri çəkilməyəcəyik. Sizin məruz qaldığınız qeyri-qanuni, qeyri-insani təcrid və embarqonu aradan qaldırmaq məqsədi ilə səylərimiz qətiyyətlə davam edəcək". 

Adanın qədim və əsas ünsürü olan Kıbrıs türklərini dünyadan ayırıb görməzlikdən gəlməyin mümkün olmadığını ifadə edən Ərdoğan, “Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının tribunasından bütün dünyaya tarixi çağırışımı təkrarlayıram, adadakı həqiqətlər qarşısında gözlərini yummayın və Şimali Kıbrıs Türk Cümhuriyyətini ən qısa zamanda tanıyın” deyib.

Prezident Ərdoğan KKTC-dəki təmaslarından sonra Türkiyeyə qayıdıb.



Әlaqәli Xәbәrlәr