Rəcəb Tayyib Ərdoğana BƏƏ-nin “Zayed'' dövlət ordeni təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan heyətlər arasında baş tutan görüşlərə sədrlik ediblər.

2013608

Görüşdən sonra Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana “Zayed'' dövlət ordenini təqdim edib.
Prezident Rəcəb Tayyib Ərdoğan ordenə görə Şeyx Məhəmməd Bin Zayed Əl Nahyana təşəkkür edib. 
Rəcəb Tayyib Ərdoğan və Şeyx Məhəmməd bin Zayed Əl Nahyan Birləşmiş Millətlər Təşkilatının bu il BƏƏ-də keçiriləcək İqlim Dəyişikliyi Konfransı üçün xüsusi hazırlanmış qolbağını taxaraq şəkil çəkdiriblər.
Qeyd edək ki, Şeyx Məhəmməd Bin Zayed Əl Nahyan prezident Rəcəb Tayyib Ərdoğanı konfransa dəvət edib.

Әlaqәli Xәbәrlәr