Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan körfəz ölkələrinə səfərinin son dayanacağı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

2013146
Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan körfəz ölkələrinə səfərinin son dayanacağı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

Ərdoğanı Əbu-Dabi Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur Bin Zayed Əl Nahyan və Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer qarşılayıblar.

Rəcəb Tayyib Ərdoğan Əl Vətən sarayında BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Məlumata görə, liderlər arasında təkbətək görüş olacaq. Liderlər daha sonra iki ölkə arasında bağlanacaq sazişlərin imzalanma mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Şeyx Məhəmməd bin Zayedin onun şərəfinə verəcəyi şam yeməyinə qatılacaq.



Әlaqәli Xәbәrlәr