Səudiyyə Ərəbistanına sәfәr edәn Rəcəb Tayyib Әrdoğan rәsmi mәrasimlә qarşılanıb

Səudiyyə Ərəbistanına rəsmi səfər edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salman tərəfindən rəsmi mərasimlə qarşılanıb.

2012589

Qarşılama mərasimindən sonra tərəflər heyətlər arasında baş tutan görüşlərə sədrlik ediblər.

Mərasimdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, Ədalət və İnkişaf Partiyasının sədr müavinləri Ömər Çelik, Zəfər Sırakaya, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak ediblər.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında təkbətək görüş dә olub.

Əl Salam sarayında baş tutan görüş mətbuata qapalı keçirilib.

Әlaqәli Xәbәrlәr