Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi'' məsələsini qiymətləndirib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan müddəti bu gün başa çatan ''Taxıl sazişi'' ilə bağlı deyib: “İnanıram ki, Rusiya prezidenti Vladimir Putin bu humanitar körpünün fəaliyyətinin davam etməsini istəyir”.

2012445
Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi'' məsələsini qiymətləndirib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan müddəti bu gün başa çatan ''Taxıl sazişi'' ilə bağlı deyib: “İnanıram ki, Rusiya prezidenti Vladimir Putin bu humanitar körpünün fəaliyyətinin davam etməsini istəyir”.
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl İstanbuldakı Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaların daha böyük dağıntılara və acıya səbəb olmaması üçün ciddi səylər göstərdiklərini xatırladan Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün artıq mühüm diplomatik uğur olaraq tarixə düşdüyünü qeyd edib. 
Rəcəb Tayyib Ərdoğan bildirib ki, təşəbbüs sayəsində 33 milyon tondan çox taxıl məhsulu dünya bazarlarına çatdırılıb və bununla da gəlirləri aşağı olan bir çox ölkənin ərzaq böhranı yaşamasının qarşısı alınıb.
Türkiyenin son günlərdə müddəti bu gün başa çatan Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsini təmin etmək üçün diplomatik səylərini artırdığını ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib:
"Bu gün verilən açıqlamaya baxmayaraq, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu humanitar körpünün fəaliyyətinin davam etməsini istədiyinə inanıram''.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin başa çatdığını və müvafiq şərtlər yerinə yetirildikdən sonra Rusiyanın sazişə geri qayıdacağını açıqlayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan həmkarları ilə görüşmək üçün növbə ilə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Kıbrıs Türk Respublikasına səfər edəcək. 
Körfəz ölkələri ilə ikitərəfli ticarət həcminin son 20 ildə 1,6 milyard dollardan təqribən 22 milyard dollara yüksəldiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib:''Xüsusən də İslam dünyasındakı böhranlar Türkiye ilə Körfəz ölkələri arasında sıx məsləhətləşmə və əməkdaşlığı zəruri edir”.
Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı Türkiyenin qürur mənbəyi olan “Togg” elektromobilini tərəfmüqabillərinə hədiyyə ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr