Erməni ASALA tərəfindən öldürülən türk şəhid diplomat yad edildi

Türkiyənin Belçika səfiri Bəkir Uysal D.Aksoyun şəhid olduğu yerə əklil qoyaraq erməni terror təşkilatı ASALA-nın törətdiyi hücumlarda çox sayda türk diplomat və yaxınlarının qətl edildiyini xatırladaraq deyib...

2011501
Erməni ASALA tərəfindən öldürülən türk şəhid diplomat yad edildi
dursun aksoy anma1.jpg
dursun aksoy anma.jpg

 

  14 iyul 1983-cü ildə erməni terror təşkilatı ASALA tərəfindən şəhid edilən Dursun Aksoy Belçikanın paytaxtı Brüsseldə mərasimlə anılıb.

  Ötən əsrin 80-ci illərdə Türkiyənin Belçika səfirliyinin inzibati attaşesi olmuş Dursun Aksoyun şəhadətinin 40-cı xatirə günü keçirilib.

  Türkiyənin Belçika səfiri Bəkir Uysal D.Aksoyun şəhid olduğu yerə əklil qoyaraq erməni terror təşkilatı ASALA-nın törətdiyi hücumlarda çox sayda türk diplomat və yaxınlarının qətl edildiyini xatırladaraq deyib: “Dursun Aksoya qarşı hücumun səbəbkarlarının cəzasız qalması təəssüf doğurur. Biz şəhid diplomatımızın xatirəsini əziz tutur, adını yaşadırıq. Dursun Aksoy üçün abidə ucaldılması Türkiyə ilə Belçika arasında dostluq və əməkdaşlığa daha yaxşı təsir edər. Bu istiqamətdə təşəbbüs işlər görürük.

  Türkiyənin terrorla mübarizəsi cinayətkarlar arasında heç bir fərq qoymadan davam edir. Beynəlxalq zəmində vurğuladığı kimi, Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı həmrəylik və ortaq mövqe tələb edir”.



Әlaqәli Xәbәrlәr