Ərdoğan jurnalistlərə açıqlamalar verib

Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Türkiyenin maraqlarına uyğun addım atacağını bildirib.

2010916
Ərdoğan jurnalistlərə açıqlamalar verib

Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Türkiyenin maraqlarına uyğun addım atacağını bildirib.

Litvada keçirilən NATO sammitindən sonra Türkiyeyə qayıdan prezident Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Litvaya səfərlərini uğurla başa vurduqlarını bildirən Ərdoğan "Səylərimiz nəticəsində alyans tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinatorun təyin edilməsi qərarı açıqlandı” deyib.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyenin prinsipial mövqeyinin ilk gündən özünü büruzə verdiyini ifadə edən Ərdoğan deyib:

"Onlara dediyimiz kimi, İsveçin üzvlük protokollarını təsdiq edəcək orqan Türkiye Böyük Millət Məclisidir. Hazırda bir proses gedir. Məclisimiz atılan addımları izləyəcək və dövlətimizin maraqlarına uyğun olaraq düzgün qərar verəcək".

Sammit çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini xatırladan Ərdoğan onu da deyib ki, Avropa İttifaqına üzvlük prosesimizin canlandırılması ilə bağlı müsbət rəy var. Türkiye hər zaman verdiyi vədlərə əməl edir. Qazan-qazan prinsipi ilə aparılan danışıqların hiss olunan nəticələrini tez bir zamanda görmək istəyirik. Verilən vədlərlə bağlı konkret addımlar ilk növbədə sözügedən ölkələrdə terror təşkilatlarının fəaliyyətinin dayandırılması və terrorçuların ekstradisiya edilməsidir. Avropa İttifaqından görəcəyimiz müsbət işlər nəticəsində verdiyimiz vədləri reallaşdırmaq üçün işə başlayacağıq.

Prezident Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşünə də toxunaraq, Bayden və administrasiyasının F-16 döyüş təyyarələrinin Türkiyeyə satışı ilə bağlı müsbət mövqe tutduğunu, türk nazirlərin də həmkarları ilə görüşərək prosesin Türkiyenin lehinə olmasını temin edəcəklərini vurğulayıb.

Ərdoğan qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı sualı cavablandırarkən, Türkiyenin bu mövzuda mübarizəsinin heç vaxt dayanmadığını və dayanmayacağını deyib.

Vətəndaşlarımız qanunsuz mühacirlər məsələsində müəyyən dəyişiklikləri yaxın zamanda görülən işlərlə hiss edəcəklər” deyən Ərdoğan heç bir insanın ləyaqətinə zidd işlərin aparılmayacağının vurğulayıb.



Әlaqәli Xәbәrlәr