“NATO zirvəsi kritik qərarların qəbulunda mühüm rol oynadı”, R.T.Ərdoğan

R.T.Ərdoğan sosial media hesabında NATO zirvəsi ilə bağlı qiymətləndirmə edərək yazıb...

2010610
“NATO zirvəsi kritik qərarların qəbulunda mühüm rol oynadı”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının kritik qərarların qəbulunda mühüm rol oynadığını bildirib.

  R.T.Ərdoğan sosial media hesabında NATO zirvəsi ilə bağlı qiymətləndirmə edərək yazıb: “Uğurla başa vurduğumuz Vilnüs zirvə toplantısı terrorla mübarizə, Türkiyənin Avropa İttifaqında üzvlük prosesi və Türkiyəyə qarşı sanksiyaların aradan qaldırılması, eləcə də NATO-nun çəkindirmə gücünün artırılması istiqamətində yeni başlanğıcların və kritik qərarların qəbul edilməsində mühüm rol oynadı. Ümid edirəm ki, atacağımız addımlarla bu qazancları daha da möhkəmləndirəcəyik. Ölkəmizin maraqlarını, millətimizin hüquqlarını və qanunları hər platformada çox güclü şəkildə müdafiəyə davam edəcəyik".



Әlaqәli Xәbәrlәr