Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirir

Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirir.

2009855
Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirir

Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirir.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasıya İdarəsinin məlumatına görə, Ərdoğan bu gün NATO Liderlər Toplantısının ilk iclasında çıxış edəcək. Ayrıca rəsmi şam yeməyində liderlərlə də görüşəcək.

Prezident Ərdoğan sabah isə NATO Liderlər Yığıncağının ikinci iclasında və NATO-Ukrayna Komissiyasının Dövlət və Hökumət Başçıları Toplantısına qatılaraq iştirakçılara müraciət edəcək.

Sammit çərçivəsində ikitərəfli görüşlər də keçirən Ərdoğan indiyə qədər Fransa prezidenti Emmanuel Makron, İngiltərə Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, İtaliyanın Baş naziri Corc Meloni və Almaniya kansleri Olaf Şolts ilə görüşüb.

Ərdoğanın sabah Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə ikitərəfli görüş keçirəcəyi və sammit bitdikdən sonra sammitin keçirildiyi məkanda mətbuat konfransı keçirəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr