“Əvvəlcə gəlin, Aİ-də Türkiyənin yolunu açaq, ondan sonra...” R.T.Ərdoğan

Litvaya səfərindən əvvəl İstanbul Atatürk Hava Limanında mətbuat nümayəndələri qarşısında çıxışında R.T.Ərdoğan deyib...

2009311
“Əvvəlcə gəlin, Aİ-də Türkiyənin yolunu açaq, ondan sonra...” R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı “Əvvəlcə gəlin, Avropa İttifaqında Türkiyənin yolunu açaq, ondan sonra Finlandiya kimi İsveçin də işini həll edək” dedi.

  Litvaya səfərindən əvvəl İstanbul Atatürk Hava Limanında mətbuat nümayəndələri qarşısında çıxışında R.T.Ərdoğan deyib: “Sammit çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlərimiz olacaq. Hazırda NATO-ya üzv olan ölkələrin demək olar ki, hamısı Avropa İttifaqının üzvüdür. Mən buradan Türkiyəni 50 ildən çoxdur Aİ qapısında gözlədən ölkələrə səslənirəm, Vilnüsdə də deyəcəyəm: əvvəlcə gəlin, Avropa İttifaqında Türkiyənin yolunu açın, sonra Finlandiya kimi biz də İsveçin işini həll edək.

  Dünən axşam bu məsələ ilə bağlı ABŞ prezidenti Co Baydenə də eyni sözləri dedim.

  İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı 2022-ci ildə Madriddə imzalanan üçtərəfli sazişlə əsasən yol xəritəsi hazırlanıb. Finlandiya aprel ayında üzərinə götürdüyü öhdəliklərə uyğun hərəkət edərək alyansa rəsmən üzv oldu. İsveçlə bağlı proses davam edir. Əlaqədar qurumlarımızın şəffaf və xoş niyyətli yanaşması ilə isveçli həmkarlarla görüşlər sürür.

  İsveçin NATO-ya üzvlük prosesinin gedişi üçtərəfli sazişdə qeyd olunan məsələlərin yerinə yetirilməsindən asılıdır.

  Vilnüsdə NATO zirvə toplantısında Türkiyəyə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq edən müttəfiqlərimizi bu səhvdən tez bir zamanda dönməyə çağırışımızı təkrarlayacağam”.



Әlaqәli Xәbәrlәr