Nazir Yerlikaya zərərsizləşdirilən terrorçularla bağlı açıqlama verib

Daxili işlər naziri Əli Yerlikaya Şırnak vilayətində zərərsizləşdirilən 2 terrorçunun axtarışda olanlar siyahısında narıncı kateqoriyada olduğunun müəyyən edildiyini açıqlayıb.

2008802

Nazir Yerlikaya sosial media hesabından etdiyi paylaşımda iyulun 4-də Şırnak vilayətinin Bestler Dərələr bölgəsində zərərsizləşdirilən terrorçuların şəxsiyyətləri və barmağı olduğu terror aktları ilə bağlı məlumat verib.

Terrorçulardan "Mirzə Bargıran" kod adlı Mirzə Sezekin 2015-2023-cü illər arasında 5 fərqli terror aktında iştirak etdiyini və bu hərəkətlərdə 1 jandarm və 2 polisin şəhid olduğunu vurğulayan Yerlikaya deyib:

"Digəri "Bengin Bermani" kod adlı Kahraman Karataşdır. Bu xain terrorçu 2016-2018-ci illər arasında 6 müxtəlif terror aktında iştirak edib. Həmin aktlarda 2-si hərbçi, 7-si jandarma, 7-si mühafizəçi olmaqla 16 təhlükəsizlik əməkdaşımız şəhid olub. Şəhidlərimizin qanı yerdə qalmadı. Bilinməlidir ki, terrorla mübarizəmiz sona qədər davam edəcək".

Әlaqәli Xәbәrlәr