Hakan Fidan ilə Vopke Hoekstra arasında telefon danışığı olub

Xarici işlər naziri Hakan Fidan Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı aparıb.

2008557
Hakan Fidan ilə Vopke Hoekstra arasında telefon danışığı olub

Xarici işlər naziri Hakan Fidan Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Fidan və Hoekstra telefonla danışıblar.

Görüş zamanı Hoekstra həmkarı nazir Fidanı iyun ayında təyin olunmuş yeni vəzifəsi münasibətilə təbrik edib.

Hoekstra tviter hesabında nazir Fidan ilə görüşməkdən məmnun olduğunu bildirib:

"Güclü ikitərəfli əlaqələrimiz və bu ilin əvvəlində Türkiyedə baş vermiş dağıdıcı zəlzələdən sonra mövcud vəziyyət haqqında danışdıq. Həmçinin NATO tərəfdaşları olaraq təhlükəsizlik və əmin-amanlığa olan sadiqliyimizi bir daha təsdiqlədik və NATO-nun genişlənməsini müzakirə etdik". 

Bu arada Xarici İşlər Nazirliyinin tvitter hesabında edilən paylaşımda nazir Fidanın İstanbulda Krım Tatar Türk xalqının milli lideri və Ukrayna millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu ilə görüşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr