İHL “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanı” oldu

İstanbul Hava Limanı Operatoru idarə heyətinin baş direktoru Kadri Samsunlu sosial media hesabında Beynəlxalq Avropa Hava Limanları Şurasının (ACI Europe) 2023-cü il Hava Bağlantısı Trendləri Hesabatının nəticələrini paylaşıb

2008071
İHL “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanı” oldu

 

  İstanbul Hava Limanı Avropa hava limanları arasında “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanları” arasında birinci yerdədir.

  İstanbul Hava Limanı Operatoru idarə heyətinin baş direktoru Kadri Samsunlu sosial media hesabında Beynəlxalq Avropa Hava Limanları Şurasının (ACI Europe) 2023-cü il Hava Bağlantısı Trendləri Hesabatının nəticələrini paylaşıb.

  K.Samsunlu 2019-cu ildə “Ən yaxşı birbaşa əlaqəyə malik hava limanları” arasında 5-ci yerdə olan İstanbul Hava Limanının 2023-cü ildə bu kateqoriyada birinci sıraya yüksəldiyini bildirib. O deyib: "Qlobal bir mərkəz olaraq İstanbul Hava Limanının “Covid-19” epidemiyasından əvvəl birbaşa əlaqə imkanlarını aşan yeganə hava limanı olması ilə fəxr edirik."   



Әlaqәli Xәbәrlәr