Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu pisləyib

XİN İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqınla bağlı yazılı açıqlama yayıb.

2006500
Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu pisləyib

Türkiyenin Xarici İşlər Nazirliyi İsrail hərbçilərinin İsrailin işğalı altında olan İordan çayının qərb sahilində Cenin şəhərində həyata keçirdiyi basqını şiddətlə qınayıb.
XİN İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqınla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada deyilib:

"İsrail qüvvələrinin bu gün (3 iyul) İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində Cenin şəhərində həyata keçirdiyi basqını şiddətlə qınayırıq. Bölgədəki mövcud gərginliyin bu hücumlarla yeni zorakılıq hadisələrini artıracağından dərin narahatıq. İsrail hakimiyyətini sağlam düşüncə ilə hərəkət etməyə və bu cür hərəkətləri dayandırmağa çağırışımızı təkrar edirik.

Hadisələrdə həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir, Fələstin dövlətinə və xalqına başsağlığı veririk”.

Qeyd edək ki, iyulun 3-də İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi hava hücumu və basqın nəticəsində 8 fələstinli həlak olub. Əl-Bire şəhərində də İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alan bir fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr