THY növbəti dəfə “Ən möhkəm bayraq daşıyıcı hava yolu” sayıldı

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

2006954
THY növbəti dəfə “Ən möhkəm bayraq daşıyıcı hava yolu” sayıldı

 

  Türkiyə Hava Yolları (THY) beynəlxalq maliyyə dünyasının hörmətli qurumlarından biri olan “World Finance” jurnalının “Ən möhkəm bayraq daşıyıcı hava yolu” mükafatına növbəti dəfə layiq görülüb.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, iqlim böhranı aviasiya sənayesində böyük çətinliklər gətirsə də, şirkət karbon balanslaşdırma platforması, CO2 missiyası, Davamlı Aviasiya Yanacağından (SAF) istifadə, tullantıların idarə edilməsi, keyfiyyətli uçuş məhsulları və sərnişinlərinə təklif etdiyi elit səyahət təcrübəsi ilə ön sıralardadır.

  Türkiyə Hava Yolları bu xüsusiyyətləri ilə dünya maliyyə və işgüzar dairələri tərəfindən mühüm istinad sayılan “World Finance” jurnalının verdiyi "Ən möhkəm bayraq daşıyıcı hava yolu" mükafatına bu il də layiq görülüb.

  THY 2008-ci ildən bəri karbon izlərini azaltmaq üçün 100-dən çox əməliyyat optimallaşdırma layihəsi həyata keçirib, 2022-ci ildə 57.581 ton yanacağa qənaət edərək 181.379 ton istixana qazı emissiyasının qarşısını alıb.



Әlaqәli Xәbәrlәr