Ərdoğan: "Fransadakı hadisələrin kökündə müstəmləkəçilik dayanır"

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.

2006448
Ərdoğan: "Fransadakı hadisələrin kökündə müstəmləkəçilik dayanır"

Prezident Rəcəb Tayyib Ərdoğan Fransada polisin Əlcəzair əsilli yeniyetməni öldürməsindən sonra başlayan iğtaşaşlara toxunaraq deyib:
"Fransadakı hadisələrin kökündə müstəmləkəçilik dayanır".
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Fransada keçən həftə polisin Əlcəzair əsilli gənci öldürməsindən sonra başlayan iğtişaşların kökündə müstəmləkəçilik olduğunu ifadə edən Ərdoğan “Zorakılıq zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Külək əkənlər tarix boyu olduğu kimi bu gün də fırtına biçirlər" deyib.
Dövlət başçısı Fransa küçələrində ixtişaşların daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda sona çatacağına ümid etdiyini də bildirib.
İctimai əmlaka ziyan vurmağı, küçələri yandırıb sökməyi, mağazaların talanını bəyənmədiklərini, küçə hadisələrinin qanuni hüquq axtarışı ola bilməyəcəyini ifadə edən Ərdoğan deyib:
“Ancaq aydındır ki, avtoritetlər də bu sosial partlayışdan dərs çıxarmalıdır”. 
Prezident Ərdoğan onu da əlavə edib ki, şiddət zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Ümid edirik ki, Fransadakı son hadisələr daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda başa çatacaq.



Әlaqәli Xәbәrlәr