Türkiyə Fransada AZTV-nin əməkdaşlarına hücumu qınayır

Sosial media hesabından AZTV əməkdaşlarının Fransada vəzifəsini yerinə yetirərkən hücuma məruz qaldığını təəssüflə öyrəndiyini bildirən F.Altun yazıb...

2005454
Türkiyə Fransada AZTV-nin əməkdaşlarına hücumu qınayır

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun Fransada Azərbaycan dövlət televiziyası AZTV-nin əməkdaşlarına hücumu kəskin şəkildə pisləyib.

  Sosial media hesabından AZTV əməkdaşlarının Fransada vəzifəsini yerinə yetirərkən hücuma məruz qaldığını təəssüflə öyrəndiyini bildirən F.Altun yazıb: "Avropa insan haqq və azadlıqlarının müdafiəsilə bağlı mövqelərini gündən-günə itirir. Biz mətbuat və məlumat azadlığına qarşı bu mənfur hücumu qətiyyətlə pisləyirik. Fransa hakimiyyəti və hüquq-mühafizə orqanlarından dərhal təcavüzkarların kimliyini müəyyən edilməsi və onları məsuliyyətə cəlb olunmalarını gözləyirik.”

  Fəxrəddin Altun Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə də zəng edərək bildirib: “Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün vasitələrdən istifadə edəcəyik”.

  F.Altun hücumda yaralanan azərbaycanlı jurnalistlərinə şəfa diləyib, qardaş Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.



Әlaqәli Xәbәrlәr