Ərdoğanla Paşinyan arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

2005008
Ərdoğanla Paşinyan arasında telefon danışığı oldu

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

  N.Paşinyan Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib.

  R.T.Ərdoğan Qurban bayramının bölgə başda olmaqla, bütün bəşəriyyətə sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıb.

  İkitərəfli münasibətlərin də müzakirə olunduğu telefon söhbətində Ərdoğan Türkiyə ilə Ermənistan arasında tam normallaşma məqsədi ilə başlanan prosesdə indiyədək etimad yaradan addımların atıldığını və bunun qarşıdakı dövrdə də davam etməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr