Türkiyə İsrail hökumətini qınadı

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin torpaqlarında yeni qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə bağlı yazılı bəyanat yayıb

2004523
Türkiyə İsrail hökumətini qınadı

 

  Türkiyə İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində təxminən 5700 yeni yaşayış binasının tikintisinə icazə verməsini pisləyib.

  Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin torpaqlarında yeni qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə bağlı yazılı bəyanat yayıb: "İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində təxminən 5700 yeni evin tikintisinə razılıq verməsini pisləyirik. Aydındır ki, 2023-cü ilin əvvəlindən bu yana yeni rekord qıran 13 mindən çox qeyri-qanuni məskunlaşmalar “iki dövlətli həll” zəmininə ciddi ziyan vurur.

  İsrailin işğal etdiyi Fələstin torpaqlarında Fələstin xalqının haqqlarını beynəlxalq hüquqa zidd olaraq pozan və heç bir şəkildə qəbuledilməz olan bu məskunlaşma fəaliyyətlərinə dərhal son qoymaq lazımdır”.



Әlaqәli Xәbәrlәr