Vilnüsdən əvvəl Türkiyə və İsveç nümayəndələri Brüsseldə bir araya gələcək

NATO-nun baş katibi Yens Stoltenberq sözügedən mövzu ilə bağlı deyib...

2004419
Vilnüsdən əvvəl Türkiyə və İsveç nümayəndələri Brüsseldə bir araya gələcək

 

  İyulun 11-12 tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç nümayəndələri Belçikanın paytaxtı Brüsseldə yüksək səviyyəli görüş keçirəcək.

  Vilnüsdə səfəri zamanı jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq iyulda paytaxtda keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç rəsmilərinin İsveçin NATO-ya mümkün qəbulu ilə bağlı Brüsseldə bir araya gələcəklərini bildirərək deyib: "Bu toplantıda xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya üzvlüyünün başa çatdırılmasında irəliləyiş əldə olunmasıdır".



Әlaqәli Xәbәrlәr