"DELİ" hazırdır

“Titra Teknoloji” təxminən 1,5 il əvvəl “DELİ” Taktik Kamikadze Sistemi Layihəsinə başlayıb

2004180
"DELİ" hazırdır

 

  Türkiyə müdafiə sənayesi bünyəsində inkişaf etdirilən kamikadze pilotsuz uçuş aparatı (PUA) "DELİ" döyüş başlığı ilə atış sınaqlarını uğurla başa vuraraq xidmətə hazır vəziyyətə gətirildi.

  “Titra Teknoloji” təxminən 1,5 il əvvəl “DELİ” Taktik Kamikadze Sistemi Layihəsinə başlayıb.

  “DELİ” ilk dəfə 2022-ci ilin oktyabrında keçirilən SAHA EXPO sərgisində nümayiş etdirilib.

  "DELİ" Taktik Kamikaze Sistemi üçün TÜBİTAK SAGE (Türkiyə Elmi və Texniki Araşdırma Şurası Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutu) tərəfindən yüksək zərbə radiusuna malik döyüş başlığı hazırlanıb.

  Avtonom və əllə işləmə imkanları və modul quruluşu ilə asanlıqla daşına bilən "DELİ" 15 dəqiqədən az bir zaman içində istifadəyə hazır olur.

  "DELİ" saatda 80, maksimum sürəti isə 180 kilometrə çata bilir.

  Hal-hazırda “DELİ” maksimum 3500, əməliyyat hündürlüyü 150-500 metr olan döyüş meydanına daxil olmağa hazırlaşır.

 



Әlaqәli Xәbәrlәr