“Bu məsələnin İsveçin üzvlüyündən asılı olması Türkiyə deyil, NATO-ya zərər vurur”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışıb

2004263
“Bu məsələnin İsveçin üzvlüyündən asılı olması Türkiyə deyil, NATO-ya zərər vurur”

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışıb.

  Söhbət zamanı Rusiyadakı “Vaqner böhranı” müzakirə edilib.

  NATO-nun baş katibi Y.Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni bir mərhələ olmasını arzuladığını söyləyib.

  İsveçin NATO-ya üzvlüyünün də müzakirə olunduğu telefon danışığında R.T.Ərdoğan Türkiyənin İsveçin üzvlüyünə konstruktiv münasibətinin davam etdiyi, lakin separatçı terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının bu ölkədə sərbəst hərəkət etdiyi müddət boyu qanunvericilikdə dəyişikliklərin mənasının olmadığını bildirib. O eyni zamanda deyib: “Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı yaşanan ədalətsizliklər və ölkənin bu təyyarələri alma tələbinin İsveçin üzvlüyündən asılı olması Türkiyə deyil, NATO və təhlükəsizliyinə zərər vurur”.



Әlaqәli Xәbәrlәr