Yaşar Gülәr Ukraynalı hәmkarı ilә telefon әlaqәsi saxlayıb

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ​​Ukraynanın müdafiə naziri Oleksi Reznikov ilə telefon əlaqəsi saxlayıb.

2003332
Yaşar Gülәr Ukraynalı hәmkarı ilә telefon әlaqәsi saxlayıb

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ​​Ukraynanın müdafiə naziri Oleksi Reznikov ilə telefon əlaqəsi saxlayıb.

Söhbət zamanı Ukrayna müdafiə naziri Aleksi Reznikovun Türkiyenin milli müdafiə naziri Yaşar Güləri yeni vəzifəsi münasibətilə təbrik etdiyi, ona yeni vəzifəsində uğurlar arzuladığı bildirilib. Tərəflərin həmçinin taxıl daşınması mövzusu ilə bağlı son vəziyyəti  müzakirə etdikləri qeyd olunub. Yaşar Gülər qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və bütün bəşəriyyət üçün faydalı olan taxıl sazişinin fasiləsiz davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin Türkiyenin taxıl sazişinin yenidən uzadılması başda olmaqla bölgədə sülhün bərqərar olması və humanitar yardım mövzusunda bu günədək olduğu kimi bundan sonra da konstruktiv təşəbbüslərini davam etdirərək üzərinə düşəni etməyə davam edəcəyi bir daha ifadə edilib.



Әlaqәli Xәbәrlәr