THY 8-ci dəfə Avropanın ən yaxşısı oldu

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

2002113
THY 8-ci dəfə Avropanın ən yaxşısı oldu

 

  Türkiyə Hava Yolları (THY) beynəlxalq hava nəqliyyatı reytinq agentliyi “Skytrax” tərəfindən 8-ci dəfə "Avropanın ən yaxşı aviaşirkəti" mükafatına layiq görülüb.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, ingilis, fransız, ispan, rus, yapon və çin dillərində aparılan 2022-2023 “Skytrax” mükafat sorğusunda 100-dən çox ölkə vətəndaşını təmsil edən 20 milyon 230 min cavab qiymətləndirilib və qaliblər 325 aviaşirkət arasında müəyyən edilib.

  Sorğunun nəticələri Fransanın Paris Hava və Kosmos Muzeyində (Paris Air and Space Museum) keçirilən tədbirdə açıqlanıb.

  THY "Avropanın ən yaxşı hava yolu şirkəti" seçilib, "Dünyanın ən yaxşı biznes sinif iaşə xidməti", "Dünyanın ən yaxşı ekonom sinif iaşə xidməti", "Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti" və "Avropanın ən yaxşı ekonom sinif xidməti" mükafatlarına layiq görülüb.

  THY baş direktoru Bilal Ekşi səkkizinci dəfə eyni mükafatı almaqdan qürur duyduqlarını bildirib və "Biz bütün sahələrdə xidmət anlayışımızı təkmilləşdirməyə və qonaqlarımızı ən yaxşı şəkildə qəbul etməyə davam edəcəyik" deyib.

  “Skytrax”ın baş icraçı direktoru Edvard Pkeysted (Edward Plaisted) "2023-cü il THY üçün mükafatlar baxımından çox gözəl bir il oldu. Səkkizinci dəfə “Avropanın ən yaxşı hava yolu şirkəti” kimi birincilik mükafatını qazanmaq heyrətamiz nailiyyətdir. “Ən yaxşı biznes sinif iaşə” və “Ən yaxşı ekonom sinif iaşə” mükafatları THY-nin niyə bu qədər populyar olduğunu bir daha göstərir”.



Әlaqәli Xәbәrlәr