Rusiyalı jurnalist Türkiyə prezidenti haqqında sənədli film hazırladı

Türkiyə prezidentindən 4 dəfə reportaj almış rusiyalı jurnalist Mixail Qusman “Formula Vlasti” başlığı altında hazırladığı sənədli filmdə Ərdoğanın həyatını uşaqlıqdan siyasətə, uğurlardan rəhbərlik dövründəki xidmətlərinə qədər əks etdirib

2002086
Rusiyalı jurnalist Türkiyə prezidenti haqqında sənədli film hazırladı
Mihail Gusman-Erdogan belgesel1.jpg
Mihail Gusman-Erdogan belgesel.jpg

 

  Rusiyalı jurnalist, TASS İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında sənədli film hazırlayıb.

  TASS və “Rossiya-24” televiziya kanalı tərəfindən ərsəyə gələn film Türkiyənin Rusiyadakı Səfirliyində göstərilib.

  Sənədli filmin nümayişində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, TASS-ın baş direktoru Sergey Mixaylov, xarici ölkələrin diplomatik nümayəndələri və jurnalistlər olublar.

  Türkiyə prezidentindən 4 dəfə reportaj almış rusiyalı jurnalist Mixail Qusman “Formula Vlasti” başlığı altında hazırladığı sənədli filmdə Ərdoğanın həyatını uşaqlıqdan siyasətə, uğurlardan rəhbərlik dövründəki xidmətlərinə qədər aldığı müsahibələrdən fraqmentlər də daxil etməklə əks etdirib.

  Filmdə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin koordinasiyası ilə rus dilində çıxan “Daha ədalətli bir dünya mümkündür” kitabından da istifadə olunub və Ərdoğanın çıxışlarına diqqət çəkilib.

  Sənədli filmin nümayişindən sonra çıxış edən M.Qusman deyib: "Prezident Rəcəb Tayyib Ərdoğan böyük siyasətçidir. Türkiyə belə bir liderə sahib olduğu üçün xoşbəxt bir ölkədir. Ərdoğan sadəcə böyük siyasətçi deyil, həm də xarizmatik böyük şəxsiyyətdir. O, müasir dünyanın dərk edən yüksək səviyyəli və strateji düşüncəli bir politoloqdur. Bu gün bir lider kimi Ərdoğanın rolu təkcə Türkiyə deyil, bütün dünyada əhəmiyyətlidir.

  Sənədli film son 2 gündə iki dəfə dövlət telekanallarında nümayiş olunub və onu milyonlarla adam izləyib. Ərdoğanı rusiyalılara təqdim etmək çox önəmlidir.

  Təəssüf ki, Türkiyədə də, Rusiyada da dünya liderlərini, hətta qonşu ölkələrinin başçılarını yaxşı tanımırlar.

  Türkiyə bizim qonşumuz və uzun illərdir tərəfdaşımızdır. Prezident R.T.Ərdoğan uzun illərdir hakimiyyətdədir. Onun tam portretini vermək və haqqında danışmaq çox vacib idi.

  Türkiyə prezidentindən 5-ci dəfə müsahibə almaq istəyirəm.

  Türk xalqına dərin hörmətimi çatıdırıram”.



Әlaqәli Xәbәrlәr