II “NEXT by TRT World Forum” İstanbulda

“NEXT by TRT World Forum”un önə çıxan adları arasında kimlər var?

2002100
II “NEXT by TRT World Forum” İstanbulda

 

  Dünyanın mühüm qlobal problemlərinin həlli yollarını axtarmaq məqsədilə 2022-ci ildə ilk dəfə təşkil edilən “NEXT by TRT World Forum”unun 2-cisi İstanbulda keçirilir.

  Sahəsində mütəxəssis olan tanınmış gənclərin bir araya gələrək müasir dövrün mühüm problemlərinə həll yolları axtardığı tədbirdə gün ərzində çoxlu panellər və seminarlar var.  

  Türkiyədən və xaricdən 1000-dən çox bacarıqlı gənci bir araya gətirən və kosmik turizmdən davamlı iş modellərinə qədər bir çox mövzunun yer aldığı tədbirdə bu il media, texnologiya, planet, ticarət, liderlik, idman, təhsil, səyahət, kollektiv hərəkət və s. müzakirə olunur.

  “NEXT by TRT World Forum”un önə çıxan adları arasında keçmiş futbolçu Frederik Kanoute (Frederic Kanoute), CZN-in baş aşbazı Burak Özdemir, Zindaqi Fondunun qurucusu Şehzad Roy, görmə əngəllilər üçün hazırlanmış ağıllı çubuqun ixtiraçılarından olan Kürşat Ceylan, BMT-nin “Afrikanı yeniləmə” proqramının üzvü Rafael (Raphael) Obonyo və iqlim fəalı Klover Hoqandır (Clover Hogan).



Әlaqәli Xәbәrlәr