Türkiye XİN İordan çayının qərb sahilindəki qeyri-qanuni yaşayış məntəqələri ilə bağlı bəyanat yaydı

Türkiye İsrailin İordan çayının qərb sahilindəki 19 qəsəbədə yeni qeyri-qanuni yaşayış məntəqəsi inşa etməklə bağlı planını pisləyib.

2001640

Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda İsrail hakimiyyətinin İordan çayının qərb sahilindəki 19 qəsəbədə daha 4 500 yeni  qeyri-qanuni yaşayış məntəqəsi inşa etməklə bağlı planının qınandığı bildirilib.
İsrail hökumətinin sülhə zərbə vuran, beynəlxalq hüququq normaları və Birləşmiş Millətlər Təşkilatının parametrlərini tamamilə pozan addımlarının qəbuledilməz olduğu vurğulanıb.
"Türkiye paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin Dövlətinin qurulması üçün iki dövlətli həll səylərini dəstəkləməyə davam edəcək",-deyə bəyanatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr