“Qıbrız türkləri “Türkiyə əsri”ndə embarqoları qıracaq”, C.Yılmaz

Şimali Kipr Türk Respublikasında (ŞKTR) görüşləri keçirdiyi təmaslar çərçivəsində ölkə prezidenti Ersin Tatarla bir araya gələn C.Yılmaz sonra ortaq mətbuat konfransında çıxış edərək deyib...

2001614
“Qıbrız türkləri “Türkiyə əsri”ndə embarqoları qıracaq”, C.Yılmaz
yilmaz-tatar1.jpg
yilmaz-tatar.jpg

 

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qıbrız türklərinin “Türkiyə əsri”ndə illərdir bu torpaqlara tətbiq edilən embarqoları qıraraq dünyaya açılacağını bildirib.

  Şimali Kipr Türk Respublikasında (ŞKTR) görüşləri keçirdiyi təmaslar çərçivəsində ölkə prezidenti Ersin Tatarla bir araya gələn C.Yılmaz sonra ortaq mətbuat konfransında çıxış edərək deyib: “E.Tatarla görüş zamanı Şimali Kiprdə ədalət uğrunda mübarizə və inkişaf istiqamətində əməkdaşlıq, həmçinin Şərqi Aralıq dənizi və Maraş genişlənməsi ilə bağlı son proseslər və növbəti dövrdə konsensusla atılacaq addımlar müzakirə edilib.

  Qıbrız türkləri “Türkiyə əsri”ndə bu torpaqlara illərlə tətbiq olunan embarqoları bir-bir qırıb dünyaya açılacaq.

  Türkiyənin bütün qurum və təşkilatları ilə Kipr türklərinə dəstəyini davam etdirəcək. Qıbrız türk xalqının qanuni hüquqlarını və təhlükəsizliyini təmin edəcək şəkildə Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həllinin tapılması ölkəmizin ən mühüm prioritetlərindən biridir.

  Kiprdə barış ancaq adadakı reallıqlar üzərində qurula bilr. Belə bir həll regional sabitliyə və rifaha da töhfə verəcək”.

  ŞKTR prezidenti Ersin Tatar öz növbəsindəki çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra ölkənin vitse-prezident Cevdet Yılmazın Qıbrıza səfərinin Türkiyənin Kipr türk xalqına verdiyi xüsusi dəyər olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr