İsveçrə səfiri Türkiye XİN-ə çağırılıb

Bu barədə diplomatik mənbələr məlumat yayıb.

2000280
İsveçrə səfiri Türkiye XİN-ə çağırılıb

İsveçrənin Türkiyedəki səfiri Jan Daniel Rux  Türkiye XİN-ə çağırılıb.

Bu barədə diplomatik mənbələr məlumat yayıb.

Buna səbəb Sürixdə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərinin yandırılması olub.

Görüşdə səfir Ruxa prezident Ərdoğanı hədəf alan təxribat xarakterli addımların qəbuledilməz olduğu çatdırılıb,həmçinin hadisə ilə bağlı araşdırmaların aparılması və tez bir zamanda lazımi tədbirlərin görülməsi tələb olunub.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik sosial media hesabında paylaşım edərək İsveçrədəki təxribatı pisləyib.

Ömər Çelik paylaşımında bu ifadələrə yer verib:“İsveçrədə terror təşkilatı PKK tərəfdarlarının Türkiye bayrağını və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan çirkin hücumunu qınayırıq''.



Әlaqәli Xәbәrlәr