Rəcəb Tayyib Ərdoğan vətənə qayıtdı

Prezident seçildikdən sonra Şimali Kıbrıs Türk Cümhuriyyətinə və  daha sonra Azərbaycana səfər edən Prezident Rəcəb Tayyib Ərdoğan vətənə qayıdıb.

1999246
Rəcəb Tayyib Ərdoğan vətənə qayıtdı

Prezident seçildikdən sonra Şimali Kıbrıs Türk Cümhuriyyətinə və daha sonra Azərbaycana səfər edən Prezident Rəcəb Tayyib Ərdoğan vətənə qayıdıb.
Prezident Rəcəb Tayyib Ərdoğanı daşıyan ''TC TUR'' təyyarəsi yerli vaxtla saat 18.18-də Esenboğa Hava Limanına eniş edib.

Rəcəb Tayyib Ərdoğanı hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Azərbaycan səfərində xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Ədalət və İnkişaf Partiyasının sədr müavini və sözçüsü Ömər Çelik, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi Rəhbərliyinin sədri Haluk Görgün və prezidentin baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.



Әlaqәli Xәbәrlәr