Türkiyə, Finlandiya, İsveç Daimi Birgə Mexanizmi IV Toplantısı Ankarada

Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olduğu Daimi Birgə Mexanizmin dördüncü iclası 14 iyunda Prezident Aparatında baş müşavir Akif Çağatay Kılıçın ev sahibliyi ilə keçiriləcək

1998903
Türkiyə, Finlandiya, İsveç Daimi Birgə Mexanizmi IV Toplantısı Ankarada

 

  Türkiyə, Finlandiya, İsveç Daimi Birgə Mexanizmi IV Toplantısı paytaxt Ankarada keçiriləcək.

  Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olduğu Daimi Birgə Mexanizmin dördüncü iclası 14 iyunda Prezident Aparatında baş müşavir Akif Çağatay Kılıçın ev sahibliyi ilə keçiriləcək.

  İclasda NATO nümayəndə heyətinin sədri NATO Baş Katibliyi Nazirlər Kabinetinin rəhbəri Stian Yensen (Stian Jenssen), İsveç nümayəndə heyətinin sədri İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutson (Jan Knutsson) və Finlandiya nümayəndə heyətinin sədri Finlandiya Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Yukka Salovaara (Jukka Salovaara) iştirak edəcəklər.

  Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında Türkiyənin narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləsə də, terroru dəstəkləyən İsveçə veto qoyub.



Әlaqәli Xәbәrlәr