Rəcəb Tayyib Ərdoğan Silvio Berluskoni ilə bağlı başsağlığı mesajı yayımlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan 86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ilə bağlı başsağlığı mesajı yayımlayıb.

1999129

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində türk və italiyan dillərində paylaşım edib.
Rəcəb Tayyib Ərdoğan paylaşımında bu ifadələrə yer verib: “Uzun illər birlikdə işlədiyimiz İtaliyanın keçmiş Baş naziri, əziz dostum Silvio Berluskoninin vəfatı məni dərindən kədərləndirdi. Silvio Berluskoninin ailəsinə və İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.
“Forza Italia'' (FI) partiyasının lideri, İtaliyanın keçmiş Baş naziri və sağ koalisiya hökumətinin tərəfdaşlarından biri olan Silvio Berluskoni dünən dünyasını dəyişib.
Bir müddətdir ciddi sağlamlıq problemləri ilə mübarizə aparan Silvio Berluskoni aprelin 5-dən mayın 19-dək San Raffaele Xəstəxanasında xroniki leykemiya ilə əlaqəli ağciyər infeksiyasından 45 gün müalicə olunub.

Әlaqәli Xәbәrlәr