Türkiyə prezidenti ilk xarici səfərini Qıbrıza etdi

Qeyd edək ki, Ərdoğan iyunun 13-də Azərbaycana gedəcək

1998597
Türkiyə prezidenti ilk xarici səfərini Qıbrıza etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərini etmək üçün Qıbrıza - Şimali Kipr Türk Respublikasına (ŞKTR) getdi.

  R.T.Ərdoğanın ŞKTR-ə səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, adada baş verən regional və qlobal proseslər ətraflı müzakirə edilib.

  Türkiyə prezidenti Qıbrızın paytaxtı Lefkoşadakı Atatürk abidəsini ziyarət edib, əklil qoyub, xatirə dəftərini yazıb, sonra onu gözləyən vətəndaşları salamlayıb.

  Qeyd edək ki, Ərdoğan iyunun 13-də Azərbaycana gedəcək, həmkarı İlham Əliyevlə təkbətək və heyətlərarası görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişafı üçün atılacaq növbəti addımları müzakirə edəcək.

  Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr