Rəcəb Tayyib Ərdoğan Numan Kurtulmuşu təbrik edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiye Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşu təbrik edib.

1996781
Rəcəb Tayyib Ərdoğan Numan Kurtulmuşu təbrik edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiye Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşu təbrik edib.

Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiye Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Kurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram. Mən ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm".

Prezident Ərdoğan həmçinin həmrəyliklərinə görə Xalq Alyansının bütün tərəfdaşlarına təşəkkür edib.

Qeyd edək ki, Numan Kurtulmuş Türkiye Böyük Millət Məclisinin sədri seçildikdən sonra Türkiye Prezidentini ziyarət edib.



Әlaqәli Xәbәrlәr