Şahbaz Şərif Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib

Pakistanın Baş naziri bu təklifi Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edərkən səsləndirib.

1995458
Şahbaz Şərif Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib

Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanı paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısına dəvət edib.

Pakistanın Baş naziri bu təklifi Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edərkən səsləndirib.

Şahbaz Şərif Ərdoğanın uzaqgörən liderliyini yüksək qiymətləndirib və Türkiyenin son 20 ildə hər sahədə atdığı addımların ən diqqətçəkən uğur nümunələri olduğunu bildirib.

Pakistanın Baş naziri Rəcəb Tayyib Ərdoğana regional sülhün təşviqi istiqamətində göstərdiyi səylərə, diplomatiya və dialoqa sadiqliyinə görə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr