Süleyman Soylu Diyarbəkirə həyata keçirilən antiterror əməliyyatı ilə bağlı paylaşım edib

Diyarbəkirin Lice qəsəbəsində həyata keçirilən əməliyyatda separatçı terror təşkilatı PKK-nın 3 üzvü zərərsizləşdirilib.

1994827

Türkiyenin daxili işlər naziri Süleyman Soylu rəsmi internet səhifəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı məlumat verib.
Süleyman Soylu Diyarbəkirin Lice qəsəbəsində silahlı pilotsuz uçuş aparatları (SİHA) və ATAK helikopterlərinin dəstəyi ilə həyata keçirilən əməliyyat çərçivəsində 3 PKK terrorçusunun məhv edildiyini bildirib.
Süleyman Soylu ​​terrorla mübarizə əməliyyatlarının bölgə xalqının dəstəyi ilə qətiyyətlə davam etdirildiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr