Prezident Ərdoğan: “Türkiye Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”

Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı Türkiye və Azərbaycan arasında həyata keçiriləcək birgə layihələrə toxunub.

1990089
Prezident Ərdoğan: “Türkiye Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”

Prezident Ərdoğan deyib: “Türkiye Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcəyik. Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də istifadə edəcəklər. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyeni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik”.

 



Әlaqәli Xәbәrlәr