Prezident Ərdoğan Nyu-Yorkda Türk Evinə edilən hücuma sərt reaksiya göstərdi

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Türk Evinə edilən hücuma sərt reaksiya verib.

1989504
Prezident Ərdoğan Nyu-Yorkda Türk Evinə edilən hücuma sərt reaksiya göstərdi

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Türk Evinə edilən hücuma sərt reaksiya verib.

Prezident Ərdoğan İstanbulda "Böyük Rumeli" görüşündə etdiyi çıxışda Nyu-Yorkda Türk Evinə edilən hücuma reaksiya göstərərək deyib:

“Təəssüf ki, bunlar (Qərb ölkələri) qatillərin yolunu açaraq onlara kömək etdilər. Müsəlmanların və türklərin həyatına gəlincə, zülmün qarşısını almaq əvəzinə, həmişə üç meymunu oynadılar. Avropada işlərin getdikcə pisləşdiyini görən PKK seçicilərə hücum etməyə başladı. Yetərli olmadı, ABŞ-da Birləşmiş Millətlər Təşkilatının qarşısında yerləşən Türk Evinə hücum etdilər, şüşələrini sındırdılar”.

Ərdoğan ABŞ rəsmilərinə də müraciət edərək deyib ki, Türk Evi orda sizə əmanətdir. Bu terrorçunu tapmalısınız.

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller də Türk Evinə qarşı vandalizmi qınadıqlarını və bunun cinayət olduğunu bildirib.

M.Miller qeyd edib ki, Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti araşdırma çərçivəsində yerli hüquq-mühafizə orqanları ilə işləyir.

Hücumdan sonra Türk Evini ziyarət edən Nyu-York bələdiyyə sədri Erik Adams məsələ ilə şəxsən maraqlanacağını bildirib.



Әlaqәli Xәbәrlәr